HƏBS ETMƏK/ELƏMƏK [Sayadov:] Bizim müxbirlərdən birini həbs etmişsiniz (Ə.Qasımov); DAMA BASMAQ (dan.) Səlim: ..göz-qulaqda ol, səni dama basacaqlar (A.Şaiq); DAMLAMAQ (dan.) Həmid: Bir günahım olmayan yerdə məni damlayırsan?! (H.Abbaszadə); DUSTAQ ETMƏK Yasavul naçalnikə: Ağa, murovumuz əylisləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib (M.F.Axundzadə); HƏBSƏ ALMAQ Cahanbəxş: Müctəhid tərəfindən polis nazirinə əmr var ki, səni öldürəni həbsə almasın. Görk üçün həbsə alsa da, bu qapıdan salıb, o biri qapıdan buraxsın (Ə.Haqverdiyev); TUTMAQ Davud: Əgər Balağanın çekanın adamları tutublarsa, işi şuluqdu (H.Abbaszadə); ZİNDANLAMAQ (köhn.) Can alan, qan axıdanlar: zindanlamışıq (Ə.Nəzmi).